EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
Hansı sitrus meyvəsi ən faydalıdır?

Hansı sitrus meyvəsi ən faydalıdır?

Soyuq fəsillərdə sitrus meyvələri bizi lazım olan vitamin və minerallarla təmin edir.

 

Bütün sitrus meyvələri çox faydalıdır. Lakin onların arasında da öz çempionu var. Hansı sitrus meyvəsi ən faydalı sayıla bilər?

 

Operativ.tv Saglamolun.az-a istinadla sizə sitrus meyvələrinin “reytinqini” təqdim edir.

 

1. Portağal. Bu meyvədə C vitamini digər sitruslarla müqayisədə daha çoxdur. Həmçinin A vitamininin miqdarına görə də portağal çempiondur.

 

2. Limon. C və A vitaminləri portağalla müqayisədə daha azdır. Lakin limon sitron maddəsi ilə zəngindir ki, bu maddə C vitamininin mənimsənilməsini yaxşılaşdırır və orqanizmdən toksinləri xaric edir.

 

3. Mandarin. C vitamini portağaldan 2 dəfə az olsa da, A vitamini portağalla demək olar eynidir. Həmçinin mandarinin tərkibində nadir maddə xolin var. Xolin beyinin fəaliyyətinə müsbət təsir edir, orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır.

 

4. Qreypfrut. C vitamininə görə mandarini geridə qoysa da limon və portağala uduzur. A vitamini bu meyvədə mandarindən 3 dəfə azdır. Lakin qreypfrut digər sitrus meyvələri ilə müqayisədə allergiyaya daha az hallarda səbəb olur.   

Facebook