EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Hansı ölkə daha çox xeyriyyəçidir?

Hansı ölkə daha çox xeyriyyəçidir?

“Charities Aid Foundation” beynəlxalq xeyriyyə fondu reytinq açıqlayıb.

Novator.az bildirir ki, xeyriyyəçilik reytinqi ölkələrdə aparılmış sorğu əsasında hazırlanır, respondentin tanımadığı şəxsə kömək edib-etmədiyi, xeyriyyə təşkilatına ianə verib-vermədiyi, hansısa təşkilata könüllü vaxt ayırıb-ayırmadığı əsas götürülür.

Son 10 ili əhatə edən hesabata görə, ABŞ və Myanma əhalisinin 58%-i xeyriyyə məqsədli vəsait ayırır.

Yeni Zelandiyanın müvafiq göstəricisi 57%-dir.

İlk sıralarda Avstraliya , İrlandiya (56%), Kanada (55%), Böyük Britaniya (54%) və Niderland da (53%) yer alır.

Xeyriyyəçilik reytinqinin son sırasında – 126-cı yerdə 16%-lə Çin dayanır.

Azərbaycan xeyriyyəçilik sarıdan 99-cu yerdə qərar tutur. Son 10 ildə ölkə əhalisinin 24%-nin xeyriyyə məqsədli vəsait ayırdığı bildirilir.

İran 23-cü, Gürcüstan 112-ci, Ermənistan 114-cü, Rusiya 117-ci yerdədir.

 

Xeyriyyəçilik reytinqi

Facebook