Əhalinin banklarda əmanətləri ən aşağı səviyyəyə düşüb

01.06.2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 6 milyard 846.7 milyon manat təşkil edib. Mərkəzi Bankın statistikası göstərir ki, ki, bu, təxminən son 3 ilin ən aşağı göstəricisidir. Sonuncu dəfə əmanətlər təxminən bu qədər aşağı 2014-cü ilin May və İyun aylarında olub.

01.05.2017-ci il tarixində əhalinin banklarda 6 milyard 873,2 milyon manat, ötən ilin sonunda isə 7 milyard 448,7 milyon manat əmanəti var idi. Beləliklə, əhalinin əmanətləri mayda 26,5 milyon manat, bu ilin 5 ayı ərzində isə 602 milyon manat azalıb.