Haker Trampın tvitter hesabını ələ keçirib

Haker Trampın tvitter hesabını ələ keçirib

 

Niderlandlı haker Viktor Hevers iddia edir ki, o, beşinci cəhddə ABŞ prezidenti Donald Trampın "tvitter" şifrəsini qırmağa müvəffəq olub.
 
Bu barədə Niderlandın "Volkskrant" qəzetinin 22 oktyabr tarixli xəbərində məlumat verilib. 
 
Hevers deyib ki, dörd dəfə uğursuz cəhddən sonra sistem onu bloklamayıb. 
 
Beşinci cəhd isə uğurlu olub, hakerin sözlərinə görə, beşinci cəhddə o, şifrə yerinə "maga2020!" (Trampın seçki təşviqatında şüarı olan "Make America Great Again 2020!"-nin abreviaturası) yazıb və hesaba daxil olub. 
 
Bundan əlavə, Trampın hesabı iki qat identifikasiya sistemiylə mühafizə olunmayıbmış. 
 
Haker deyir ki, Trampın səhifəsinə giriş əldə etdikdən sonra, o dərhal bu barədə FTB, MKİ-yə, Trampın komandasına və sosial şəbəkəyə xəbərdarlıq göndərib. 
 
Hever 2016-cı ildə də Trampın hesabına daxil olan haker komandasının üzvü olub.
 

 

 

Facebook