Hacıbala Abutalıbov istefa verdi: yeni vəzifəyə gedir

Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.
 
Yenicag.az-ın məlumatına görə, ötən gün Abutalıbov təhvil-təslim edib.
 
Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.
 
Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.