Hacı Məmmədov gizlin dəfn edilib

Hacı Məmmədovun cəsədi ailəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda jurnalistlərə Yasamal rayon Potoloji-Ekspertizanın rəisi məlumat verib. 

Qeyd edək ki, H. Məmmədov dekabrın 3-də həbsxanada intihar edib.

***

H.Məmmədovun vəkili Afət Qazıyeva deyib ki, bu gün səhər saatlarında meyit ailəsinə təhvil verilib:

"O, ailəsi tərəfindən dəfn edilib. Yaxınları mərhumun hansı qəbiristanlıqda dəfn edilməsinə və yas yerinin açıqlanmasına qadağa qoyub".