"Hacı Cavad" məscidinin söküntüsündə fəallıq göstərən məmur öldü

İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün moderator.az-a verdiyi məlumata görə, "Hacı Cavad" məscidinin sökülməsindən sonra bu prosesdə fəal iştirak etmiş 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov dünyasını dəyişib.

Onun ürək tutmasından həyatını itirdiyi bildirilir.

Yusif Əhmədovun Yasamal  RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri olduğu qeyd olunur.

Xatırladaq ki, Hacı Cavad məscidi ətrafında yaranan narazılıqdan sonra Abbas Mirzə Şərifzadə küçəsi və Mərbuat prospektinin kəsişməsində yeni məscidin tikilməsinə başlanılıb.