"Hacı Cavad" məscidinin açılışı oldu

İlham Əliyev "Hacı Cavad" məscidinin yeni binasının açılışında iştirak edib

Bakının Yasamal rayonunda "Hacı Cavad" məscidinin yeni binasının açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.