EURO : 1,9915 TRY : 0,2352 USD : 1,7 RUB : 0,0231
Gürcüstanın sosial müdafiə naziri istefa verib

Gürcüstanın sosial müdafiə naziri istefa verib

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.
 
 
Operativ.tv xəbər verir ki. bunu, özü jurnalistlərə bildirib.
 
Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib.
 
D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.
 
David Sergeenkonun yerinə bu vəzifə Saçxere klinikasının direktoru Yekaterina Tikaradzeyə həvalə edilib.  
 
D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi. 

Facebook