Gürcüstanda turistləri daşıyan kanat qırılıb - Video

Gürcüstanın tursit zonası olan Qudauridə kanat yolu sıradan çıxıb. "Rustavi-2"yə istinadən verilən məlumata görə, olay zamanı kanatların içində onlarla turist olub.
 
İlkin məlumatlara görə, hadisəyə səbəb elektrik enerjisinin kəsilməsi olub. Nəticədə kanatlar bir-birinə dəyməyə başlayıblar.

Turistlər ağır xəsarət almamaq üçün yüsəklikdən qarın üzərinə atılmaq məcburiyyətində qalıblar.
 
Gürcüstanın səhiyyə naziri David Serqienko səkkiz yaralı barədə jurnalistlərə məlumat verib.