Gürcüstanda fövqəladə vəziyyət nə vaxt başa çatacaq?

Gürcüstanda fövqəladə vəziyyət nə vaxt başa çatacaq?

Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 23-də başa çatacaq.
 
Rakurs.tv xəbər verir ki, bununla bağlı ölkə prezidenti fərman imzalayıb. 
 
Fərmana əsasən, ölkə ərazisində fövqəladə vəziyyət və komendant saatı mayın 22-də də qüvvədə olacaq.
 
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə komendant saatı daxil olmaqla fövqəladə vəziyyətin müddəti uzadılmayacaq. 

Facebook