Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edəcək

Bu gün, iyunun 27-də Gürcüstan prezidenti Giorgi Margvelashvili-nin həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı və vəkilini qəbul edəcəyi gözlənir.

Bu haqda Azadlıq Radiosuna jurnalistin vəkilləri bildiriblər.

Onların bildirdiyinə görə, görüş həbsdəki jurnalistin xanımı Leyla Mustafayevanın istəyi üzrə baş tutacaq.

Gürcüstan prezidentinin L.Mustafayeva ilə Ə.Muxtarlının vəkilini Prezident Sarayında günortadan sonra qəbul edəcəyi bildirilir.

Görüşdə Ə.Muxtarlının müəmmalı şəkildə Tbilisidən yoxa çıxması və Azərbaycanda həbs edilməsi işində Gürcüstanın rolu, habelə jurnalistin ailəsinin aparılan araşdırma işlərindən razı qalmadığı məqamlar müzakirə ediləcək.