Gürcüstan iqtisadiyyatında azalma var

Gürcüstan iqtisadiyyatında azalma var

Fevral ayında Gürcüstanda ÜDM-in real artım tempi illik müqayisədə 2,2% təşkil edib.
 
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
 
Aylıq müqayisədə qonşu ölkənin iqtisadi artımında 2,9% azalma qeydə alınıb.
 
Yanvar-fevral aylarında ÜDM-in orta real artım tempi isə illik müqayisədə 3,7%-ə barəbar olub.
 
Ötən ay topdan və pərakəndə satış, minik avtomobilləri və motosikllərin təmiri, informasiya və kommunikasiya, daşınmaz əmlak və yerləşdirmə və qida xidmətləri sahəsində artım, istehsal, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində isə azalma qeydə alınıb.

Facebook