"Gürcü polisi Əfqanın işini batırmaqla məşğuldur"

Əfqan Muxtarlının oğurlanması ilə bağlı Gürcüstan polisi xeyli müddətdir ki, araşdırma aparır. Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva polisin əslində işi batırmaqla məşğul olduğunu növbəti açıqlamasında faktlarla sübut edib:

“Bu gün bizi Əfqanın işi ilə bağlı içində heç nə olmayan çinayət işi materialları ilə tanış etdilər. 1800 səhifəlik materialın içində heç nə yoxdu. Videolarin ikisində Əfqanla bağlı görüntü var. Onun da birinə baxa bildik. Texniki problemlərdən ikinci disk açılmadı. Tiflisdə Əfqanın aparıldığı marşrut üzrə Daxili İşlər Naziriyinin nəzdində olan müşahidə kameraları həmin gün işləməyib. O kameralardan bir dənə də olsun görüntü götürmək mümkün olmayıb. Dediklərinə görə yollarda quraşdırılan və polisin nəzdində olan kameraların sistemi yenilənir və təmir işləri gedir. Nədənsə Əfqanın çörək aldığı mağaza və ona bitişik aptekin də kamerası işləməyib.Əfqanın keçdiyi keçiddə 10-dək müşahidə kamerası olub. Onlar da işləməyib. İşi yola verməyi də bacarmırlar. Elə kobud işləyirlər ki, bütün diqqəti polisin üzərinə çəkirlər”.