“Gununsesi.info” saytının Rabitə Nazirliyinə qarşı iddiası üzrə məhkəmədə

“Gununsesi.info” saytının Rabitə Nazirliyinə qarşı iddiası üzrə məhkəmədə

Yanvarın 23-də Bakı İnzibati Məhkəməsndə hakim Mehriban Qarayevanın sədrliyilə  “Gununsesi.info”   saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılmasına başlanılıb.

2018-ci ilin iyulunda Gəncə hadisələrindən sonra Baş Prokurorluq  “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarına girişin məhdudlaşdırılması xahişilə Rabitə Nazirliyinə müraciət etmişdi.

“Gununsesi.info” saytının baş rəhbəri Pərviz Həşimli Turan-a bildirib ki, onun saytı məhkəmə saytı olmadan bloklanıb.  Həmçinin deyib ki,  2018-ci ildə nazir müavini Elmir Vəlizadənin imzaladığı məktubu alıb və məktubda bildirilib ki, bu qurum “Gununsesi.info” saytını bloklamayıb.

“Ancaq bugünkü prosesdə Rabitə Nazirliyinin nümayəndəsi bildirib ki, sayt baş prokuror Zakir Qaralovun rabitə naziri Ramin Quluzadəyə ünvanladığı 13 iyul 2018-ci il tarixli məktub əsasında bloklanıb”, -P.Həşimli deyib.

Digər ciddi qanun pozuntusu “Azertelekom” provayderi tərəfindən “Gununsesi” saytına “org” domeni vasitəsilə girişi məhdudlaşdırılması olub.

Rabitə Nazirliyinin nümayəndəsi bildirib ki, sözügedən provayderin onlara aidiyyatı yoxdur. Lakin məhkəmə “Gununsesi” saytına “org” domeni vasitəsilə girişin məhdudlaşdırılmasının  səbəblərinin araşdırılması barədə vəsatəti təmin edib və dinləmələri qeyri-müəyyən müddətə təxirə salıb.

Facebook