Günəşli faciəsindən iki il keçir

Bu gün Günəşli yatağında baş verən faciədən 2 il ötür. 2015-ci il dekabr ayının 4-də, "Günəşli" neft yatağı platformasının cənub bölməsində dəhşətli yanğın baş vermişdi. SOCAR-ın rəsmi açıqlamasına görə, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

Hadisə zamanı platformada 63 nəfər işçi olub. Onlardan 33 nəfəri xilas edilsə də, 30 nəfər itkin düşüb. İtkin düşənlərdən 12 nəfərinin meyiti tapılsa da, 18 nəfərdən bu günə qədər xəbər yoxdur.