Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və "İYİ Parti" seçkilərdə vahid namizəd kimi sabiq dövlət başçısı Abdullah Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər.

Həftəsonu CHP və "İYİ Parti" A.Gülün prezidentliyə namizədliyini elan edə bilərlər.

A.Gül isə bu informasiyanı hələ şərh etməyib.

Xatırladaq ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri bu il iyunun 24-də keçiriləcək.

trend.az