Gülən Türkiyə rəsmilərini buradan dinləyirmiş

FETÖ casuslarının Türkiyənin bir sıra əhəmiyyətli dövlət qurumlarını və şəxslərini ABŞ-dan dinlədiyi məlum olub.
 
Bu barədə FETÖ üzvü olduğu əsas gətirilərək vəzifəsindən azad olunan keçmiş hakim Məhməd Fateh İşıq haqqında hazırlanan iddianamədə yazılıb.
 
O, FETÖ-nun ABŞ da daxil olmaqla bir sıra xarici ölkələrdən səsyazma cihazı vasitəsilə 3 il 7 ay ərzində Türkiyənin əhəmiyyətli dövlət qurumlarını, şəxslərini dinlədiyini və məlumatları başqa ölkələrə göndərdiyini bildirib.
 
Sözügedən səsyazmaların siyasi casusluq məqsədilə istifadə edildiyi də məlumatda qeyd olunub.