Gözəl Bayramlının apellasiya şikayəti qəbul edilmədi

AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb

Rakurs TV-nin məlumatına görə, Səbail Rayon Məhkəməsində keçən prosesə hakim Rauf Əhmədov sədrlik edib. Gözəl Bayramlının vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxs barəsində çıxarılan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

​​Vəkil Zibeydə Sadıqova

O, dövlət başçısının son sərəncamında təqsirləndirilən şəxs barədə alternativ qətimkan tədbirlərinin seçilməsinin göstərildiyini deyib. Amma məhkəmə vəkilin vəsatətini qəbul etməyib. 

Xatırladaq ki, Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir. Rəsmi ittihama görə, 25 may tarixində Gürcüstandan Azərbaycana keçərkən Gözəl Bayramlının üzərindən 12 min dollar bəyan edilməmiş pul aşkarlanıb. AXCP sədri Əli Kərimli bu ittihamları rədd edir və Gözəl Bayramlının həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.