Gözəl Bayramlı və Əfqan Muxtarlının həbs müddəti uzadıldı - Video

AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb. Bu barədə avqustun 17-də Nəsimi rayon məhkəməsində qərar qəbul olunub.

G.Bayramlının və Ə.Muxtarlının həbs müddətini istintaq dövrü üçün uzatmaq barədə məhkəməyə Baş Proqkurorluq təqdimat verib. Təqdimata Nəsimi məhkəməsində hakim Babək Pənahov baxıb.

Məhkəmədə təqsirləndirilən şəxsləri vəkillər Elçin Sadıqov və Nemət Kərimli təmsil edib.

Vəkil E.Sadıqov prokurorluğun təqdimatına qarşı çıxıb. O, deyib ki, hər iki təqsirləndirilən şəxsin səhhətində ciddi problemlər var. Vəkil həmçinin bildirib ki, istintaq dövründə G.Bayramlı və Ə.Muxtarlının həbsdə tutulmasından ötrü qanunvericilikdə təsbit edilən əsaslar da mövcud deyil.

Ancaq prokurorluq nümayəndəsi vəkillərin arqumentlərinin əsaslı olmadığını bildirib. O, iddia edib ki, təqsirləndirilən şəxslər istintaq dövründə həbsdə saxlanılmazsa, istintaqın obyektiv aparılmasına maneə yarada bilərlər.

Məhkəmə prokurorluq nümayəndəsinin iddiasını əsaslı sayaraq, G.Bayramlı və Ə.Muxtarlının həbs müddətini 2 ay uzadı