Gözəl Bayramlı Ali Məhkəməyə müraciət etdi

Gözəl Bayramlı Ali Məhkəməyə müraciət etdi

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində çıxarılan məhkəmə qərarından kasasiya şikayəti verib.

Ali Məhkəmədən verilən məlumata görə, Gözəl Bayramlının kasasiya şikayəti araşdırılması üçün hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, Qazax rayon Məhkəməsinin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onun bəraət istəməsi barədə şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla Gözəl Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.

Facebook