Göyərtəsində Azərbaycan vətəndaşları olan gəmidə yanğın olub

Göyərtəsində Azərbaycan vətəndaşları olan gəmidə yanğın olub

Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib.

Bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinə istinadən “İnterfaks” yayıb.

Bildirilir ki, gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürməyə çalışıblar.

Məlumata görə, “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər var.

Vanuatu bayrağı altında üzən gəminin Türkiyənin “Auqas Limited” şirkətinə məxsus olduğu qeyd olunub.

Facebook