Goradil və Fatmayidə işıq olmayacaq

Bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

“Azərişıq” ASC-dən Rakurs.tv-yə verilən məlumata görə, fasilə həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

 

Qurum yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.