Gəncənin tullantılardan təmizlənməsinə 10 milyon avro ayrıldı

Gəncənin tullantılardan təmizlənməsinə 10 milyon avro ayrıldı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb. Bu barədə noyabrın 24-də bankdan verilən məlumatda bildirilib. 
 
Xəbərə görə, kreditin ayrılmasında məqsəd Gəncə şəhərini qatı tullantılardan təmizləmək, bu istiqamətdə infrastrukturu yeniləmək və maliyyə səmərəliliyinin yaxşılaşdırmaq üçündür.      
Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.
 
Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına kömək edəcək.
 
Bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və tullantıların toplanılması zamanı  ətraf mühitə dəyən zərərləri azaldacaq.

Facebook