Gəncədə yataqxana yandı: sakinlər təxliyyə edildi

Gəncədə yataqxana yandı: sakinlər təxliyyə edildi

Dünən Gəncədə yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Rakurs.tv-yə verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook