Gəncədə yaşayış binası yanır, iki yanğınsöndürən xəsarət alıb
- 5.05.2018 19:11:55
- HADİSƏ
Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.
“Report”un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.
Sakinlər təxliyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.
Yanğının baş vermə səbəbləri araşdırılır.