“Gəncə məhbusu” vəfat edib

Gəncə hadisələrinə görə həbs olunan Eşqin Quliyev vəfat edib.
 
Bu barədə Meydan TV-yə məhbusun yaxınları məlumat verib.
 
Hazırda yaxınlarının onun cənazəsinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən götürdüyü bildirilir. 
 
Sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində bir qrup "Gəncə məhbus”una hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrli ilə keçirilən prosesdə Eşqin Quliyevi 20 il azadlıqdan məhrum edilib.
 
 

Eşqin Quliyev Hepatit C-dən əziyyət çəkirmiş.

 
 
Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Daha 17 nəfərin işi üzrə isə istintaq davam edir. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.
 
Gənc hadisələrində həbs olunan Aydın Qurbanov isə bu ilin 10 iyul tarixində xərçəng xəstəliyindən vəfat edib.