“Gəncə işi” üzrə növbəti qrup mühakimə edilib

Sentyabrın 19-da "Gəncə işi" üzrə prosesdə daha bir qrup müttəhimin işi üzrə hökm oxunub.

Rakurs.tv-nin əməkdaşının verdiyi məlumata əsasən, Eşqin Quliyev 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədov 18 il, Rauf Bayramov 9, Abbas Abbasov və Elşən Məmmədov 7, Hüseyn Bayramov 2 il azadlıqdan məhrum edilib.

Müttəhimlər polis əməkdaşlarının qətlində iştirakda, onlara qarşı zorakılğın tətbiqində, kütləvi iğtişaşların təşkilində və onlarda iştirakda ittiham olunublar.

Müttəhimlərin valideynləri hökmdən narazı olduqlarını bildiriblər və oğullarının cinayət törətmədiklərini deyiblər.

İşə Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılıb.