Gəncə hadisələrinə görə tutulan daha 4 nəfər azadlığa buraxılıb

Bu gün Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" ilə əlaqədar Şahin Verdiyev, Elmir Hüseynzadə, Asif Cavadov, Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu qrupun məhkəmə prosesi başa çatıb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçən məhkəmə iclasında hökm oxunub.

 

Hökmə əsasən, Bəkrəm Əliyev 15, Həbib Qurbanov 8,  Mirzə Hüseynov 5, Asif Cavadov 5 il azadlıqdan məhrum edilib. 

 

Vüqar Hüseynov, Emil Məmmədov azadlığa buraxılıblar. Bundan başqa, məhkəmənin qərarı ilə Şahin Verdiyev 2 il, Elmir Hüseynzadə 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıblar. (apa)