Gəncə hadisələrinə görə daha bir inanclı Rusiyada saxlanıldı

Gəncə hadisələrində iştirak etməkdə ittiham olunan daha bir inanclı Sadıxov Yusif  Rusiyada saxlanılıb.

 

Bu barədə Rakurs.tv-yə onun yaxınları məlumat verib.

 

Yaxınları saxlanılan inanclının sakit təbiətli olduğunu və hadisələrlə əlaqəsinin olmadığını vurğulayırlar.

                                                                                                                    

Qeyd olunur ki, hadisələr vaxtı Moskvada olan inanclı artıq 1 ildir ki, Rusiyada işləyir.

 

Ali təhsilli olduğu vurğulanan Sadıxov Yusifin Rus, İngilis və Çin dillərində danışa bildiyi bildirilir.

 

“Hadisələr ilə heç bir əlaqəsi olmayan savadlı şəxs şərlənərək saxlanılıb. O həm bakalavr, həm də magistratura təhsili almışdı. Şəmkirdə orta məktəblərdən birində ingilis dili fənnindən dərs deyirdi. Son 1 il idi ki, məvacibinin az olması səbəbi ilə Rusiyada komputer sahəsində işlər görürdü”, deyə yaxınları əlavə ediblər.

 

Onu da qeyd edək ki, Sadıxov Yusif Rusiya məhkəməsi tərəfindən 1 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Məlumatda bildirilir ki, sözügedən inanclı Azərbaycana ekstradisiya olunacaq.