Gəncə hadisələri zamanı həbs olunanlardan 11 nəfərə həbs cəzaları verildi

Gəncə hadisələri zamanı saxlanılan 11 nəfərə məhkəmə hökmü oxunub.

 

Bu barədə Operativ.tv-yə həbs olunanların yaxınları məlumat veriblər.

 

Məlumatda bildirilib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında Hacıyev Maarif Cəmşid oğlu 9 il, Rzayev Şahlar Eldar oğlu 9 il, Məhərrəmov Kamal Nasir oğlu 7 il 6 ay, Əkbərov Nizami Yunis oğlu 7 il 6 ay, Həsənov Ruslan Rizvan oğlu 8 il, Bayramov Tural Arzu oğlu 8 il, Həsənov Araz Fizuli oğlu 8 il, Verdiyev Toğrul Mahir oğlu 8 il, Yağnəliyev Orxan Zakir oğlu 8 il, Əliyev Seymur Ceyhun oğlu 8 il və Əşrəfov Vaqif Arif oğlu 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə ittiham olunublar.

 

Vəkilləri və həbs olunan şəxslər qərara etiraz etdiklərini qeyd ediblər.