Gənc fəalın apellyasiya şikayəti təmin olunmadı - Video

Gənc fəalın apellyasiya şikayəti təmin olunmadı - Video

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə AXCP üzvü Amil Məmmədzadənin 25 sutka müddətində inzibati həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmədə gənc fəalın özü və vəkili Fariz Namazlı iştirak ediblər. Məhkəmə ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq apellyasiya şikayətinin təmin olunmadığını elan edib. Qeyd edək ki, AXCP üzvü Amil Məmmədzadə fevralın 4-ü saat 16:00 radələrində saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə gətirilib. Elə həmin gün Surxanı rayon Məhkəməsi gənc fəalın 25 sutka müddətində həbs olunması barədə qərar çıxarıb.

 

Facebook