EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Gələn il “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi rayonların adları açıqlanıb

Gələn il “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi rayonların adları açıqlanıb

“2019-cu ildə Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”.

 

Operativ.tv bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

O bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: “Gələn il isə Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə tikilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq”.

 

Ü.Mehdiyev qeyd edib ki, mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir.

Facebook