"Gəl, birlikdə oxuyaq!" kampaniyası - Fotolar

Avqustun 25-də bir qrup gəncin birgə təşkilatçılığı ilə “Gəl birlikdə oxuyaq” kompaniyası təşkil edilib. Kompaniyanın məqsədi daun sindromlu Nazlının təhsilinin davamlılığını təşkil etməkdir. Nazlı inklüziv sinifdə təhsil alır və təhsilini davam etdirməsi üçün ara vermədən loqoped, pedoqoq, psixoloq yanına getməlidir. Onun aylıq xərclərini qarşılamaq üçün gənclər “Passage 1901”-də second hand - yarmarkası təşkil ediblər.

Yığılacaq məbləğ Nazlının təhsilinə sərf olunacaq. Yarmarka 26 avqust tarixinə qədər davam edəcək.