Əfv olacağına inanmıram - Mirvari Qəhrəmanlı

Hər bayramı öncəsi məhbus ailələri əfv gözləntisində olurlar. Nəzərə alsaq ki, qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü gəlir, əfv sərəncamının imzalanmasına ümidlər artır. Siyasi səbəblərlə həbsdə yatan şəxslərin də taleyi tez-tez mətbuatın gündəmindədir. Cari ilin 24 may tarixində imzalanan əfv sərəncamında bəzi tanınmış siyasi məhbusların azadlığa çıxması gözlənilsə də, bu baş vermədi. Bəs görəsən bu ilin sonunda necə, əfv sərəncamı imzalanacaqmı, məhbuslar yeni ili ailələri ilə birgə keçirməyə ümid edə bilərmi?

 

Rakurs.tv xəbər verir ki, mövzu ilə bağlı Faktxeber.com-a açıqlama verən hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilin sonuna hər-hansı əfv sərəncamının imzalanacağını gözləmədiyini bildirdi: “Əgər mən deyən səhv olsa, hədindən artıq şad olaram” 

 

Hüquq müdadiəçisi İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyətindən də şikayət etdi: “Zaman-zaman insanların hüquqlarını müdafiə edən təşkilatlar hay-küylə yaradılır, daha sonra fəaliyyətləri dayanır. Yaxşı hal odur ki, insan haqları ilə məşğul olan qeyri-hökümət təşkilatları əfv məsələsini daim gündəmdə saxlayır. Biz tez-tez hüquq müdafiəçisi Arzu Abdullayevanın ofisində yığışıb müzakirə aparırırq, təkliflər veririk. Bilirsiniz ki, son əfv olmamışdan öncə prezidentə müraciət edilmişdi. Bundan əlavə, prezidentə əlahiddə müraciət də olunub. O müraciətdə əfv ərizəsi yazmayan, özlərini günahkar bilməyən siyasilərin də azad olunması xaiş edilib. Qərarın imzalanmsı isə prezidentin səlahiyyətindədir”. /Şəhriyar Səmədov