EURO : 1,8725 TRY : 0,2943 USD : 1,7 RUB : 0,0265
Əfvə düşən siyasi məhbuslar azadlığa çıxıb

Əfvə düşən siyasi məhbuslar azadlığa çıxıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası davam edilir.

Əfv sərəncamı 634 nəfərə şamil edilib.Əfvə düşənlər arasında 12 nəfər siyasi məhbus var.

Onların 7 nəfəri 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, 1 nəfəri 2012-ci ildə Eurovision ərəfəsində həbs edilən Valeh Abdullayev, 2 nəfəri 2012-ci ilin oktyabrında həbs edilən Davud Kərimov və Elşad Rzayev (hicab məhbusu), 1 nəfəri 2016-cı ilin payızında həbs edilən AXCP üzvü, 1 nəfəri isə (Saday Şəkərli, 2015-ci ilin dekabrında həbs edilib) yazıçıdır.

Qeyd edək ki, 7 nəfər Nardaran məhbusundan 4-nün azadlığa çıxmasına cəmi 7 gün qalıb. AXCP üzvü Elnur Fərəcov çox ağır xəstədir. Digər bir nəfər Elşad Rzayev 2013-cü ildə 6 il cəza alıb Onun da həbsdən çıxmasına bir neçə ay qalmışdır.

Facebook