Fuad Qəhrəmanlı: Həbsimiz Azərbaycan xalqının mübarizəsinə qoyduğumuz sərmayədir

''Artıq hakimiyyətin efir təbliğatı cəmiyyətə təsir etmir''

“Dostlarımız həbsdə olduğundan tam sevinə bilmirik. Biz bura kef etməyə yox, mübarizəmizi davam etdirməyə gəlmişik”.

Rakurs.tv xəbər verir ki, 16 martda imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı belə deyib. O, martın 17-də azadlığa buraxılıb.

AXCP sədrinin müavini deyib ki, bu gün onlar şərə qarşı mübarizə aparırlar:

“Müqəddəs dinimizdə Allah neytrallıq qoymur, ya Allahın, ya da şeytanın firqəsisən. Cəmiyyətimizdə də bu məsələ açıq qoyulub, ya şeytanın, ya da haqqın tərəfindəsən. Biz Azərbaycan xalqının haqqın tərəfində olduğuna inanırıq, həm də, bu, yalnız mənəvi yox, praktik dəstəkdir. Hakimiyyətin 19 yanvardan sonra mitinqlərə icazə verməməsi qorxduğunu və iflasa uğradığını göstərir. Xalq meydanda mövqeyini də təsdiqlədi. Artıq hakimiyyətin efir təbliğatı cəmiyyətə təsir etmir"