Fətullah Güləndən təlimat: "Bəzi vacib şəxsləri öldürməliyik"

Türkiyədə 15 iyul çevriliş cəhdində əli olduğu bildirilən Fəthullah Gülənin internetdə yayılan yeni səs qeydi böyük marağa səbəb olub. Sputnik-in məlumatına görə, Gülənin, "bəzi vacib şəxsləri öldürməliyik" sözü xüsusilə diqqət çəkib.

“Üçüncü şeytanlıq fəsli/Xidmətə qarşı yeni təxribat” adlı videomaterialda sui-qəsd çağırışı edilir.

Çevrilişə cəhddə əli olmadığını iddia edən Gülən çıxışında deyib:

“Görəsən, indi nə edək? Elə isə daha ciddi iş görməliyik. Bəzi vacib şəxsləri öldürməliyik. Nə dediyimi anlayırsınız? Əl-ayağa düşüb, bağlı qapılar arxasında danışılanları deyirəm. Elə edək ki, vətəndaşların digər hissəsini də inandıra bilək. Dünyanın ictimai rəyini öz lehimizə çevirək. Bunun ilk işartıları artıq görünür”.

Gülənin sözləri sui-qəsd təlimatı kimi dəyərləndirilib. Bəzi türk şərhçilər sui-qəsdin Gülənin ən böyük düşməni olan prezident Rəcəb Tayyib Ərdoğana və onun ailə üzvlərinə qarşı yönəlik olduğunu bildirirlər.