Fərqlənmə nişanı almış sərnişin avtobuslarının sayı 2 mini keçib

İndiyə qədər Bakıda sərnişin daşınmasına cəlb edilmiş 500 avtobus "Bakıkart" sisteminə qoşulub. 

 

Rakurs.tv bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. 

 

Qurum fərqlənmə nişanı almış avtobusların sayını da açıqlayıb və bu rəqəmin 2 055 olduğunun bəyan edib. Bunlardan 1 090-ı şəhərdaxili, 965-i isə şəhərətraflı avtobuslardır.