Freedom House: Azərbaycan qeyri-azad ölkədir

Freedom House: Azərbaycan qeyri-azad ölkədir

“Freedom House” insan haqları təşkilatı Azərbaycanı “qeyri-azad” ölkələr kateqoriyasına salıb. Təşkilatın martın 3-də yaydığı hesabatda deyilir ki, bu sırada Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da var. Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan isə qismən azad ölkələr hesab olunur. (Tərcümə: Azadlıq Radiosu )

Hesabatda qeyd olunub ki, koronavirus pandemiyası, iqtisadi qeyri-müəyyənlik, dünyadakı münaqişələr ötən il qlobal azadlıq göstəricilərində geriləməyə səbəb olub. Ümumilikdə isə “qeyri-azad” hesab olunan ölkələrin sayı son 15 ildə ən yüksək həddə çatıb.

“Qeyri-azad” 54 ölkənin 12-si “pisin pisi” adlandırılıb. Onlar siyasi hüquqlar və mülki azadlıqlar üzrə ən pis balları yığıblar. Bu ölkələr içində Suriya, Eritreya, Cənubi Sudan, Türkmənistan, Şimali Koreya, Çin, Tacikistan da yer alıb.

Qırğızıstan və Belarusun siyasi hüquqlar və mülki azadlıqlar üzrə böyük itkilər verdiyi vurğulanır. Bu arada Şimali Makedoniya ən çox irəliləyiş əldə edən ölkələrdəndir.

Hesabatda 73 ölkənin azadlıq balı azaldılıb. Təkcə Çin, Belarus və Venesuela kimi avtoritar ölkələr deyil, Birləşmiş Ştatlar və Hindistan kimi “narahat demokratiyalar” da bu sıradadır.

Facebook