Fransız jurnalı Ərdoğana "Diktator" dedi, ölkə prezidenti Makron jurnalı dəstəklədi

Üz qabığında Türkiyə prezidenti Rəcən Tayyip Ərdoğanın "Diktator" sərlövhəsi ilə fotosunu verən fransız "Le Point" jurnalı "Ərdoğan tərəfdarlarının zorakılığına məruz qaldığını" bildirib.

Məsələ ilə bağlı Fransa prezidenti Emmanuel Makron açıqlama verərək zorakılığın "qəti şəkildə qəbul edilmədiyini" deyib.

Makron bazar ertəsi günü Twitter hesabında yazıb ki, "mətbuat azadlığı əvəzolunmazdır, bunsuz diktatorluqdur".

Jurnalın bu nömrəsi çapdan çıxdıqdan sonra Fransanın cənubundakı Avington şəhərində bəzi türk vətəndaşları jurnalın reklamlarını bağlamağa çalışıblar.

Bazar günü isə Valence şəhərində eyni hadisələr baş verib.

"Le Point" jurnalından bildirilib ki, "onlara qarşı sosial mediadan da təhqirlər, həqarət yağır, hədələnirlər və ünvanlarına anti-semit böhtanlar atılır".

Sol baxışlı jurnalın son sayında Türkiyə prezidenti Ərdoğan, onun hakimiyyət dövrü ilə bağlı araşdırma yazısı və "Ərdoğan yeni Hitlerdimi" başlıqlı məqalə dərc olunub.

"Diktator" deyərək o günləri geri qaytara bilməzsiniz".

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın jurnalın son sayının çapından sonra Twitter hesabında yazıb ki, "bir fransız jurnalı cənab Ərdoğana diktator deyib. Bu hücumlardan xəbərdarıq. Məqsədlərinin nə olduğunu bilirik. Türkiyənin sizdən təlimat aldığı günlər geridə qaldı. "Diktator" deyərək o günləri geri qaytara bilməzsiniz".

AKP hökumətinə yaxın bəzi media orqanlarında bəzi şəxslərin jurnal reklamlarına müdaxilə etdiklərinə dair görüntülər paylaşılıb

BBC-Azəraycanca.

http://www.bbc.com/azeri/region-44235373