Fransanın sabiq prezidenti ikinci gündür dindirilir

Fransanın sabiq prezident Nikolas Sarkozinin saxlanıldığı barədə xəbər vermişdik. Eks-prezidentin polisdə dindirilməsi bu gün də davam etdirilir. Onun 2007-ci ildə seçki kampaniyası zamanı Liviyanın keçmiş diktatoru Muammar Qaddafi rejimindən pul aldığı iddia olunur.
Ötən gecəni evində keçirən Sarkozi Parisin şimal-qərbindəki Nanterre polis məntəqəsinə qayıdıb. Medianın istintaqa yaxın mənbələrə istinadla yazdığına görə, onu antikorrupsiya rəsmiləri dindirəcək.

***

Fransanın sabiq prezident Nikolas Sarkozi saxlanıb. 

"Reuters" agentliyinə istinadən xəbər verilir ki, Sarkozi polisə ifadə verməyə aparılıb.
 

Məlumatlara görə, N. Sarkozi 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.

Hüquq-mühafizə orqanları onun 2007-ci il prezident seçkiləri ilə bağlı kampaniyasına Liviyanın keçmiş lideri Muammar Qaddafi tərəfindən dəstək verilməsi ilə bağlı məlumatları yoxlayır. 
 

Yayılan məlumatlarda o da bildirilir ki, müstəntiqlər hazırda Sarkozinin 2-ci müddəti üçün namizədliyini irəli sürdüyü və Fransua Ollanda uduzduğu 2012-ci il seçki kampnaiyasını da yoxlamağa başlayıblar.
 

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.