Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb

“Reuters”xəbər verir ki, o, prezident seçkiləri zamanı siyasi kampaniyanın maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur.

Məlumata görə, N.Sarkozini hazırda polis dindirir.

Eks-prezident öz seçki kampaniyası üçün Liviyadan qeyri-qanuni vəsaitlərin cəlb edilməsi ilə bağlı istintaqa cəlb olunub.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.