France24: Prezidentin sərhədlərlə bağlı yeni təklifi var

France24: Prezidentin sərhədlərlə bağlı yeni təklifi var

Fransa və Avstriyada baş verən terror hadisələrindən sonra Fransa prezidenti Emmanuel Makron şengen ölkələri arasındakı açıq sərhədləri daha güclü qoruma ilə əvəz etmək təklifini irəli sürüb.

Novator.az France24-ə istinadla xəbər verir ki, Emmanuel Makron Avropaya qanunsuz miqrant gətirən dəstələrin terror şəbəkələri ilə əlaqəli olduğunu söyləyib: “Mən təhlükəsizliyimizi qorumaq üçün şengen zonasındakı açıq sərhədləri yenidən nəzərdən keçirməyin tərəfdarıyam”.

Makron bildirib ki, o, Avropa Birliyinin dekabr ayında keçiriləcək sammitində bununla bağlı təkliflərini irəli sürəcək.

Son bir həftədə şengen zonasına daxil olan ölkələrdə ard-arda terror hadisələri baş verib. Fransada Nitsa kilsəsində Tunisdən olan mühacir 3 nəfəri öldürüb. Avstriyanın paytaxtı Vyanada isə Şimali Makedoniyadan olan, özünü cihadçı sayan bir müsəlman 4 nəfəri qətlə yetirib.

Şengen zonasına 26 ölkə – Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə daxildir.

Ötən il Avropa Birliyi ölkələrində bu ölkələrin vətəndaşı olmayan 629 minə yaxın şəxsin yaşadığı aşkarlanıb.

Facebook