EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

 

Bu barədə Operativ.tv-yə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Facebook