Əfqanıstanda güclü zəlzələ

"Sübh çağı” (Dawn) qəzetinin yazdığına görə, Pakistanın müxtəlif yerlərində bur qız həlak olub, azı 5 nəfər yaralanıb.
 
Əfqanıstanın şimal-şərqindəki Badaxşan vilayətində azı 3 nəfərin xəsarət aldığı bildirilir.
 
ABŞ Geoloji Xidməti bildirir ki, Əfqanıstanda Hindu Kuş dağlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
 
Yanvarın 31-də baş vermiş zəlzələnin Kabildə, Tacikistan paytaxtı Düşənbədə, həmçinin Pakistanın İslamabad, Hindistanın Nyu Dehli şəhərlərində hiss olunduğu bildirilir.
 
Hələlik, dağıntılar barədə məlumat yoxdur.