Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

Məhkəmənin hökü ilə Əfqan Muxtarlı 6 il  müddətinə azadlıqdan məhrum edildi.

***

Bu gün Balakən Rayon Məhkəməsindəjurnalist Əfqan Muxtarlının barəsindəolan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Hakim Əfqan Muxtarlıya “son sözünüzü deyin”- deyə müraciət etdikdə, Əfqan Muxtarlı belə cavab verib: “Siz mənə son söz verə bilməzsiniz, mən sözümü ömrümün axırına kimi deyəcəm!”

Məhkəmə prosesi saat 14.30-da davam edəcək.

Azadliq.info