"Əfqan Muxtarlının ürəyində ciddi problemlər var"

"Əfqan Muxtarlının vəziyyəti hazırda yaxşı deyil. Onun ürəyində olan ciddi problemlər davam edir"

Bu sözləri Rakurs TV-yə həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva deyib. Onun sözlərinə görə, Əfqan Muxtarlının həbsi siyasi sifarişdir:

"Əfqan Muxtarlı Tibilisidə olsa belə, Azərbaycandakı problemlərə biganə qalmırdı. Buna görə də siyasi sifariş əsnasında həbs olunub. Mən əsasən vəkillər vasitəsi ilə Əfqanın durumu ilə maraqlanıram, ona göndərilən yeməkləri soyuducuya qoymağa imkan vermirlər, buna görə də Əfqana göndərilən yeməklərin əksəri xarab olur. Protokol xatirinə mənə Əfqanla 2 dəqiqə danışmağa imkan verirlər. Danşığımızı tez yarımçıq kəsirlər"

Leyla Mustafayevanın sözlərinə görə, o, ötən ay Gürcüstanın prezidenti ilə görüşərkən də Əfqan Muxtarlının son vəziyyətini müzakirə edib:  

"Gürcüstan prezidenti ilə görüşdə Əfqan Muxtarlının durumunu müzakirə etdik. Gürcüstan prezidentinə sərgilədiyi mövqeyə görə öz minnətdarlığımı bildirdim" 

Bu gün Tiflisdə mətbuat konfransı keçirən Leyla Mustafayeva bildirmişdi ki, Tibilisidə dostları ilə restoranların birində oturan zaman onların masasına çanta qoyulubmuş, onlar çantanın kimə məxsus olduğunu soruşan zaman kənardan bir şəxs çıxaraq, həmin çantanı götürüb qaçıb. Leyla Mustafayeva ehtimal edir ki, çantada dinləyici qurğu olub. 

Qeyd edək ki, jurnslist Əfqan Muxtarlı 30 may tarixində Gürcüstan - Azərbaycan sərhədini qanunsuz keçməkdə ittihan olunaraq həbs olunub. İttihamları qəbul etməyən Əfqan Muxtarlı bildirir ki, onu Tiflisdən oğurlayaraq Bakıya gətiriblər. Bir neçə yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar Əfqan Muxtarlını siyasi məhbus olaraq tanıyıb.