Əfqan Muxtarlı yaxınlarının yasına buraxılacaq

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının yaxınlarının 40 mərasimi fevralın 8-də olacaq. Vəkil Nemət Kərimlinin Əfqan Muxtarlının yaxınlarının hüzr mərasimində iştirakı üçün Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etdiyi barədə xəbər vermişdik.

Vəkil bildirmişdi ki, fevralın 5-də müraciət etsə də, bugünədək cavab verilməyib.

Aldığımız son xəbərə görə, Əfqan Muxtarlının yaxınlarının 40 mərasimində iştirakına razılıq verilib. Onun fevralın 8-də Zaqatalanın Aşağı Tala kəndində keçiriləcək yas mərasimində iştirakı gözlənilir.

azadliq.info