Əfqan Muxtarlı azadlıqda - Fotolar

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb.
 
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkələrdə məlumat yayıb. Ə. Muxtarlıya yas mərasimində iştirak etmək üçün 2 gün icazə verilib.
 
Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci il dekabrın 31-də jurnalistin Zaqatala şəhərində kirayədə yaşayan bacısı Muxtarlı Nuranə Sabir qızının, onun azyaşlı övladının, eləcə də qardaşı Ramazan Muxtarlının azyaşlı övladının meyitləri aşkarlanıb.